Cismi heyvanidir, zehni mələkuti. Ruhu isə cəbərut aləmindəndir
Mьəllif: admin1
Tarix: 14-09-2016, 22:13
Cismi heyvanidir, zehni mələkuti. Ruhu isə cəbərut aləmindəndir
Təbiət aləmində çox sayda məxluqlar və varlıqlar yaşayır ki, Quranın nəzərinə görə onların ən şərəflisi insandır. Ola bilsin ki, başqa varlıqların yaranma səbəbi də məhz insanın yaradılışına görə baş vermişdir. Yəni, Quranın da buyurduğu kimi, qalan məxluqların hamısı insana xidmət etmək üçün xəlq olunmuşdular.
Dünya bir məktəbdir və əgər insan olmazsa, dünyanın yaranmasının mənası olmaz. Bu, elə bir məktəbdir ki, insan gərək ondan keçsin. İnsan gərək bu dünyaya gəlsin ki, varlığının həqiqətini üzə çıxarda bilsin.
İnsan elə bir məqama çata bilər ki, başqaları ona çata bilməz. Hətta mələklərdən də uca məqama malik ola bilər. Necə ki, Cəbrayil (ə) Peyğəmbərlə (s) meraca gedən zaman ona deyir ki, artıq bundan sonra mən gedə bilmərəm. Ona görə də ancaq insan şərəfli bir varlıq kimi İlahi qürb məqamına başqalarından daha çox yaxınlaşa bilər.
Belə ki, Cəbrayil (ə) meracda Həzrətə (s) belə demişdi: “Əgər mən bir barmaq yaxınlaşsam və ayağımı yüksəyə qoymaq istəsəm, varlığım yanar. Çünki mənim varlığımın tutumu bundan artıq deyildir. Mənim tutumum burada sona çatır”. Ancaq Həzrət Rəsuli-Əkrəm (s) yoluna davam edə bilir.
Beləliklə deyə bilərik ki, məxluqların arasında istər maddi olsun, istərsə də mücərrəd – insan bütün mərtəbələrə malikdir. İnsan varlığında iki mərtəbə cəm olmuşdur. İnsan həm heyvan mərtəbəsinə malikdir, həm də mələkut. Cismi heyvanidir, zehni mələkuti. Ruhu isə cəbərut aləmindəndir. Ona görə də əgər ruhu və mələkut tərəfləri inkişaf edərsə, mələkdən də üstün olar. Əgər heyvani və hissi tərəfləri inkişaf edərsə, heyvandan da alçaq olar. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930