İbn Sinanın kitabını İspaniyada niyə yandırdılar?
Mьəllif: admin1
Tarix: 1-04-2016, 22:11
Bцlmə: Xəbərlər
İbn Sinanın kitabını İspaniyada niyə yandırdılar?
Dünəndən başlayaraq sosial şəbəkədə müasir tibbin atası sayılan İbn Sina barəsində olmazın sözlərini yazırlar. Maraqlıdır ki, ümumilikdə 450 əsər yazan və günümzə onlardan sadəcə 270-i gəlib çatan İbs Sina tibb elminə dair 40, fəlsəfəyə dair isə 150 əsər yazıb. Onun iki kitabı – “Kitabu-Şifa” (Şəfa kitabı) və “Əl-Qanun fit-tibb” (Tibbdə qanun) Qərb universitetlərində tədris olunub.
Sosial şəbəkədə dahi təbib barədə mövzu açan şəxs onun kitabının lazımsız olduğuna işarə vuraraq, “Əl-Qanun fit-tibb” əsərinin İspaniyada yandırıldığını deyir. Amma təəssüf ki, mövzunu gündəmə gətirən şəxs nədənsə qeyd etmir ki, İspaniyada təkcə bu kitabı deyil, eyni zamanda Qurani-Kərim başda olmaqla, İslama aid bütün kitabları yandırmışdılar. Bundan əlavə, sadəcə İspaniyada kitabın yandırılmasından bəhs edərək, ABŞ-da 1979-cu ildə “Əl-Qanun fit-tibb” kitabının nədən yenidən nəşr olunması barədə yazmır.

Doğrudanmı İbn Sinanın əsərləri tibb elmi üçün əhəmiyyətsiz olub?

Bu barədə FaktXəbər-in kiçicik araşdırmasını təqdim edirik.

Müasirlər İbn Sinanı böyük şəfa verən adlandır, onu fövqəladə qabiliyyətlər mənbəyi kimi tanıyıblar. İbn Sina öz saysız-hesabsız istedadlarını və fenomenal uğurları barədə danışarkən bildirib ki, buna səbəb öyrənmək həvəsi və təbii müşahidəçiliklə əlaqəlidir. Bu dahi şəxsiyyət hansı elmə müraciət etsəymiş, mütləq onun sirlərinə vaqif olarmış.

O, 57 il ərzində elmin 29 sahəsində müvəffəqiyyət qazanıb. İbn Sinanın titullarından biri “böyük şəfa verən şəxs” olub.
İbn Sinanın dünya tibbində nə dərəcədə əhəmiyyətli bir kəs olduğunu bilmək üçün təkcə bu kifayət edir ki, beynəlxalq “medicine” (tibb) termini “mədəd” və “Sina” sözlərinin birləşməsindən (Sinanın köməyi) yaranıb.

Vətəni

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof, psixoloq metafizik Əbu Əli Hüseyn ibn Abdullah 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. İstedadı lap uşaqlıqdan üzə çıxıb. O, 10 yaşında Quranı əzbər bilib, (yeri gəlmişkən, hafizlər Quranı bütövlüklə hifz etmək üçün uzun illər sərf edirlər), 12 yaşında şəriət (müsəlman qanunşünaslığı) üzrə müxtəlif məsləhətlər verib. 16 yaşında isə Buxara əmirinin şəxsi həkimi olub.

Araşdırmaları

O vaxta cavan oğlan olmasına baxmayaraq, artıq tibb ilə bağlı əli çatdığı bütün tədqiqatları oxuyub. Amma avtobioqrafiyasında qeyd etdiyi kimi xəstələrə təbii müşahidərlə oxuduqlarını təkmilləşdirib. Məhz bu təkmilləşdirmə onun kitabda qeyd olunmayan məsələləri öyrədərək, təcrübəsini qat-qat artırıb.

Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri olub. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar keçirirdilər. Bir neçə vaxtdan sonra İbn Sina əmirdən saray kitabxanasından istifadə icazəsini alıb. Bu, ona təbii və dəqiq elmləri öyrənməyə imkan yaradıb. İyirmi yaşı olanda İbn Sina artıq bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı. Onun əməyin əsas səmərələrindən biri biologiyaya, fizikaya, psixologiyaya, həndəsəyə, astronomiyaya, məntiqə, musiqiyə və metafizikaya həsr olunan “Şifa” kitabı olub.

İbn Sinanın insan bədəni haqqında bilikləri min il sonra da müasir tibb mütəxəssislərini heyran qoyub.

İbn Sina təkcə İslam aləmini deyil, dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub. O, taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Əfsuslar olsun ki, bizim günlərimizə onlardan təkcə 270-i çatıb. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Əl-Qanun fit-tibb” (Ttibbdə qanun) adlanır. Beş cildlik kitabda farmakologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beynin ətraflı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər olub.

Nəbzlə diaqnoz müayinəsi

Bundan başqa, İbn Sina nəbzlə xəstəyə diaqnoz qoymaq təlimini yaradıb. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər», - deyə o «Qanun»da yazır. O, nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş.

Bundan əlavə, İbn Sina xəstənin dərisinin və sidiyinin rəngindən naxoşluğunu müəyyən edib və xəstəliyin xarakterindən və vəziyyətindən asılı olaraq, gül ilə müalicə yazıb.

İslaminSesi-“Həkimlərin şahı” adlandırılan İbn Sina 2000-nə yaxın xəstəliyin diaqnozunu müəyyənləşdirərək, müalicə edə bilib. Müasir tibbdə isə 5000 xəstəlik müalicə olunur, lakin İbn Sinadan fərqli olaraq, indiki həkimlər çox vaxt xəstəliyi tam sağaltmır, yalnız simptomlarını aradan aparmaqla kifayətlənir.

Astronomiya elminə tofhəsi

İbn Sina İsfahanda rəsədxananın əsasını qoyub və Günəş apogeyinin hərəkət etdiyini sübut edən ilk şəxslərdən olub. Ölçülərin dəqiqləşdirilməsi üçün orijinal metod tətbiq edib. Hansı ki, nəticədə "Nonius prinsipi" kimi tanınıb.

Titulları

Hələ sağ ikən İbn Sina “Höccətül-həqq” (həqiqətin höccəti), “Şeyxur-Rəs” (müdrik adamların başçısı), “Həkəmi bozorq” (böyük şəfa verən kəs) və “Şaraful-Mülk” (ölkənin şərəfi, fəxri) kimi yüksək titullara layiq görülüb.

Qısası, İspaniyada İbn Sinanın kitabını ona görə yandırmadılar ki, orada yazılanlar həqiqəti əks etdirmir və ya tibb elminə ləkədir. Ona görə yandırdılar ki, artıq orada olanların hamısını mənimsəmişdilər və istəmirdilər insanların müalicəsində istifadə olunan bir elmin müsəlmanların, İslamın adına bağlılığı olsun.islaminsesi\



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930