Tibb sahəsində maraqlı kəşflər
Mьəllif: admin1
Tarix: 10-02-2016, 16:27
Bцlmə: Xəbərlər
Tibb sahəsində maraqlı kəşflər
Bizə indi elə gəlir ki, insanlar həmişə müayinə zamanı flüoroqrafiya ediliblər və yaxud həmişə insanlar UZİ-yə gediblər. İndi insan öz həyatını antibiotiklərsiz təsəvvür edə bilmir. Belə ki, bütün bu adı çəkilənlər və daha yüzlərlə tibbi kəşfi 20-ci əsrin ortalarına aiddir.

1. 20-ci əsrin ortalarında tibb aləmi nəhəng addımlarla inkişaf etməyə başladı. Məslən, 1922-ci ildən sonra şəkər diabeti artıq ölümçül xəstəlik sayılmadı. Beləki, iki kanadalı alim heyvanların mədəaltı vəzisindən götürülən hormonlardan insulin hazırlamağa nail olublar.


2. 1928-ci ildə ingilis elm adamı Aleksandr Fleminqin, nə qədər qəribə səslənsədə, ehtiyatsızlığı sayəsində milyonlarla xəstə ölümdən xilas oldu. Belə ki, sadəcə olaraq o, xəstəlik törədən mikroblar saxlanılan boruları yumağı unudur və evə qayıdarkən borularda kifin (penisilin) əmələ gəldiyini görür. Beləliklə, 12 ildən sonra saf penisilin əldə etməyə nail olunur. Və penisilinin köməkliyi ilə qanqrena və pnevmaniya kimi, dəhşətli xəstəliyin şəfası tapılır. Müasir zamanımızda müxtəlif çeşid antibiotik mövcuddur.

3. İndi hətta hər bir məktəbli DNT-nin nə olduğunu bilir. Lakin DNT strukturunun kəşfi sadəcə 50 il bundan öncə baş verib. Bu strukturu Ceyms Vatson və Frensis Krik adlı iki elm adamı kəşf edib. Onlar karton və metaldan DNT molekulunun modelini hazırlayıblar. Lakin əsl sensassiya bu idi ki, hər bir canlının DNT strukturu eyni quruluşda idi. Bu kəşfə görə, ingilis elm adamları Nobel mükafatı alıblar.
Tibb sahəsində maraqlı kəşflər

4. Günümüzdə orqan köçürmələri faktı fantastik ideya olmaqdan çıxıb. Lakin yad bir adamın orqanları ilə yaşamağın mümkün olma faktı yalnız 1954-cü ildə kəşf edilib. Amerikalı cərrah A.Mürrey öz 23 yaşlı xəstəsinə onun əkiz qardaşının böyrəyini köçürməklə bunun mümkün olmasını sübut edib. Bu əməliyyatdan sonra xəstə daha 9 il yaşaya bilib. Mürrey 1990-cı ildə öz kəşfinə görə, Nobel mükafatı alıb.
Tibb sahəsində maraqlı kəşflər

5. Mürreyin böyrək köçürməsinin ardınca ürək köçürülməsinə cəhdlər edilməyə başlandı. Beləliklə, 1967-ci ildə dünyasını dəyişmiş cavan bir qadının ürəyini ürək çatışmazlığı olan 53 yaşlı xəstəyə köçürdülər. Xəstə bu əməliyyatdan sonra 18 gün yaşadı.
Tibb sahəsində maraqlı kəşflər

6. Günümüzdə həkim ziyarətinə getməyi UZİ-siz təsəvvür etmək çətindir. Hər-hansı bir müayinə zamanı mütləqdirki, UZİ-xidmətlərindən istifadə edilməlidir. Daxili orqanların müayinəsini aparan bu aparat 1955-ci ildə ixtira edilib. Lakin 1970-ci ildən sonra isə dünyada yayılmağa başlayıb.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930