Donuz qripi haqqında bilmədikləriniz faktlar. Həkim-virusoloqun tövsiyələri
Mьəllif: admin1
Tarix: 9-01-2019, 10:16
Donuz qripi haqqında bilmədikləriniz faktlar. Həkim-virusoloqun tövsiyələri
Rus virusoloqu, ali dərəcəli həkim Serqey Qarusov "Komsomolskaya pravda" qəzetinə donuz qripinin simptomları və fəsadları, donuz qripindən qorunma yolları və s. haqqında geniş müsahibə verib. Bu müsahibədən bəzi vacib məlumatları sizə təqdim edirik.

- "Donuz qripi" kimi tanıdığımız A (H1N1) qripp ştammı tibdə çoxdan tanınır. "Donuz qripi" adını bu virus 1976-cı ildə alıb.

1976-cı ildə ABŞ ordusunun hərbi hissəsi Meksikada donuz fermasının yaxınlığında yerləşirdi və əsgərlər bu xəstəliyə xəstə donuzlardan yoluxublar. Bu səbəbdən bu infeksiyanı "donuz qripi" adlandırmağa başladılar.

- Donuz-qripi hava-damcı yolu ilə çox asanlıqla bir insandan digərinə keçir. Bağlı yerlərdə (məsələn, dükan, konoteatr və s.) xəstə insan öskürdükdə və ya asqırdıqda virus 7-10 m məsafəyə qədər yayılır. Bu səbəbdən belə yerlərdə bu virusa yoluxmaq çox asandır. Açıq havada donuz qripinə yoluxmaq daha çətindir.

- Donuz qripi çox sürətlə inkişaf edir. Yoluxmuş insanda xəstəliyin ilk simptomları 12-15 saatdan sonra sürətlə inkişaf etməyə başlayır.

- Xəstəlik bu kimi simptomlardan başlayır:

- hərarətin 38-39 C kimi qalxması,

- ishal, qarın ağrıları,

- güclü əzələ ağrıları,

- alın nahiyəsində ağrılar, ağırlıq hissi. Bu çox xarakterli simptomdur, adi soyuqdəymə zamanı bu simptom olmur.

- yaşlı insanlarda, xüsusilə ürək xəstəliklərindən, hipertoniyadan əziyyət çəkənlərdə, nəfəsalmanın çətinləşməsi, soyuq tər kimi simptomlar meydana çıxır. Donuz qripi ürək xəstəlikləri olan yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Bu qrup insanlarda xəstəlik fonunda çox tez ürək çatışmamazlığı inkişaf edə bilər ki, nəticədə xəstə həlak ola bilər.

- Donuz qripinin ən təhlükəli fəsadı pnevmoniyadır. Donuz qripinin fonunda pnevmoniya çox tez inkişaf edir. Pnevmoniya xəstənin həlak olmasına səbəb ola bilər. Nəticədə xəstə virusun özündən deyil, bu virusun ağırlaşmasından ölə bilər.

- Donuz qripi zamanı yataq rejimi tövsiyə edilmir. İnsan uzandıqda bronxlarda və ağciyərlərdə durğunluq prosesləri inkişaf etməyə başlayır ki, nəticədə bronxitin və pnevmoniyanın inkişafının riski artır.

- İmmun sistemini aktivləşdirmək üçün qidalanmanızda bu kimi məhsullar olmalıdır: təbii süd məhsulları (qatıq, kefir, yoqurt və s.), sitrus meyvələri (limon, laym, portağal, qreypfrut), zülallarla zəngin olan qidalar (yumurta, toyuq əti, balıq və s.). Bu məhsullar həmçinin ürək və nəfəsalma sistemi üçün faydalıdır.


Saglamolun.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031