İsrail rejimi Qəzzaya raketlərlə hücum etdi
Müəllif: Admin
Tarix: 27-11-2019, 15:19
Bölmə: Xəbərlər
İsrail rejimi Qəzzaya raketlərlə hücum etdi
İsrail rejiminin döyüş təyyarələri Qəzzada HƏMAS-a aid bir hərbi məntəqəyə hava hücumu təşkil edib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Qəzzanın cənubundakı Xan Yunus şəhərində HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarına aid Əl-Qadisiyyə adlandırılan bir məntəqəyə ardıcıl 6 hücum təşkil edib. Hücumda tələfatın olmadığı bildirilib.

İsrail rejiminin ordusundan verilən açıqlamada, Qəzzanın cənubunda, aralarında silah istehsalı edilən ərazilərin də olduğu HƏMAS-a aid hədəflərin vurulduğu qeyd edilib.

İsrail rejiminin ordusunun sözçüsü Avixai Adri Twitter üzərindən verdiyi açıqlamasında, Qəzzadan İsrail rejiminə axşam saatlarında 2 raket atıldığını qeyd eidb.

Digər sionist mənbələr isə, Qəzzadan İsrail rejiminin Eşkul və Sderot qəsəbələrinə 4 ədəd raket atıldığını, atılan raketlərdən ikisinin havada məhv edildiyini iddia edib.

Bu arada, sionist hərbi orqanları İsrail rejiminin ordusuna aid bir hərbi helikopterin Neqav qəsəbəsi yaxınlığında texniki nasazlıq nəticəsində qəzaya düşdüyünü, 2 pilotun da öldüyünü bildirib.

Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031