Sionist İsrail rejimi 14 fələstinli uşağı qətlə yetirdi
Mьəllif: admin1
Tarix: 20-11-2017, 19:35
Bцlmə: Xəbərlər
Sionist İsrail rejimi 14 fələstinli uşağı qətlə yetirdi
Fələstinin Statistika idarəsinin dərc etdiyi məlumata əsasən, sionist İsrail rejiminin qüvvələri 2017-ci ildə İordan çayının qərb sahili və Qəzzada ən azı 14 fələstinli uşağı qətlə yetirib.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, bu rəqəm 2016-ci ildə 35-ə yüksəlmişdi. Hazırda təxminən 300 fələstinli uşaq İsrail rejiminin həbsxanalarında həbsdədir.

Fələstinin Statistika idarəsinin hesabatında, həmçinin 2015-ci ildə təxminən 4 min uşağın İsrail rejiminin qüvvələri tərəfindən həbs edildiyi və bu günə qədər böyük əksəriyyətinin azadlığa buraxıldığı qeyd olunub. Bundan başqa, 848 uşaq İsrail rejiminin qüvvələri tərəfindən evlərinin dağıdılması səbəbindən küçələrdə yaşayır.

Fələstinin Statistika idarəsi İsrail rejiminin rəsmiləri tərəfindən 2016-ci ildə fələstinlilərə aid təxminən 418 evin məhv edildiyini bildirib. İordan çayının qərbi və Qəzzadakı 4.5 milyonluq əhalinin 46%-i uşaqlardan ibarətdir.

Xatırladaq ki, İsrail rejiminin qüvvələri noyabrın 20-i İordan çayının qərb sahilinin şimalındakı Nəbi Saleh kəndində səhər saatlarında 18 yaşından kiçik üç uşağı məktəbə getdikləri vaxt həbs ediblər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930