İsrail rejimi Qəzzada Əl-Əqsa televiziyasını bombaladı
Mьəllif: admin1
Tarix: 13-11-2018, 14:35
Bцlmə: Xəbərlər
İsrail rejimi Qəzzada Əl-Əqsa televiziyasını bombaladı
İsrail rejiminin qüvvələri dünən gecə (12 noyabr) Qəzzaya qarşı hücumlarında Qəzzanın qərbində yerləşən Əl-Əqsa televiziyasının əsas binasını bombalayıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin döyüş təyyarələri əvvəl xəbərdarlıq atəşi açıb, sonra dörd raketlə televiziya binasını vurub.

Televiziya binası yaşayış binalarının arasında olduğu üçün hücumda bəzi evlərə də ziyan dəyib. Hücumdan əvvəl bölgədəki qadın və uşaqların təxliyə edilməsi səbəbindən böyük bir faciənin qarşısı aldınıb.

Hücumu qınayan HƏMAS, televiziya kanalının hədəfə alınmasının işğalçının vəhşiliyini əks etdirdiyini, törətdiyi cinayətlərin, Fələstin xalqına qarşı terror və pozuntularının dünya ictimaiyyətinə çatdırılmasını əngəlləməyə çalışdığını bildirib.

Bu arada, Fələstin Səhiyyə Nazirliyi bəyanat verərək, sionist işğalçıların hücumları nəticəsində Qəzzanın şimalında 2, Rəfah şəhərində isə 1 nəfərin şəhid olduğunu və 9 vətəndaşın da yaralandığını bildirib.

İsrail rejiminin qüvvələrinin dünən qurudan və havadan Qəzzaya qarşı intensiv hücumlarına cavab tədbirləri kimi, müqavimət qüvvələri də Qəzza ətrafındakı sionist məskunlaşma yerlərinə raket yağdırmaları nəticəsində, sionist məskənlərində böyük həyəcan baş verib və ən azı 17 nəfərin yaralandığı bildirilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930