Bəşər Əsəd: Avropa Ərdoğandan qorxur
Mьəllif: admin1
Tarix: 9-11-2019, 23:05
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: Avropa Ərdoğandan qorxur
Suriya prezidenti Avropanın Türkiyə prezidentindən qorxduğunu və eyni zamanda ona ehtiyac duyduğunu vurğulayıb.

Bu barədə "Arabic.rt" saytı məlumat yayıb.

Məlumata görə, Suriya prezidenti Bəşər Əsəd verdiyi açıqlamada, Avropanın Ərdoğana qarşı iki üzlü davrandığını, bir tərəfdən ondan qorxduğunu və digər tərəfdən ehtiyac duyduğunu söyləyib.

Bəşər Əsəd açıqlamalarında qeyd edib ki, Qərb baxımından qaçqınların Avropaya göndərilməsi təhlükəli bir məsələdir.

Qərb Suriyanın daxilində on minlərlə, bəlkə də yüz minlərlə terrorçunu birbaşa dəstəkləyib. İndi onların Avropaya qayıtmağından narahat deyillər?

Suriyadan qaçanların arasında bəzi terrorçular var. Avropa üçün Suriyadakı terrorçulara dəstək vermək daha təhlükəlidir.
(eastnews)
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031