Bəşər Əsəd: “Qələbəyə çox yaxınıq!”
Mьəllif: admin1
Tarix: 1-08-2018, 22:06
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: “Qələbəyə çox yaxınıq!”
Suriya ordusu ölkənin cənub bölgələrini terrorçulardan təmizlənməsi fəaliyyətini davam etdirir və bu əsnada Suriyanın prezidenti Bəşər Əsəd əsgərlərə müraciət edərək, 7 il davam edən müharibədə qalib olmağa çox yaxın olduqlarını deyib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Əsəd Suriya ordusunun 73-cu ildönümünə həsr olunmuş yazdığı məktubda, “Qələbəyə qovuşmağımız çox yaxındır”, deyib.

Homsu, Palmiranı, Hələbi, Qaləmunu, Deyr Əz-Zoru, Şərqi Qutanı və terrorçulardan təmizlənmiş digər bölgələri yada salan Əsəd, belə qeyd edib: “Onlar (yaraqlılar) sonda getməyə məcbur qaldı... Alçaldılar, quyruqlarını bulayıb geri çəkilməyə məcbur qaldılar”.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri açıqlama verərək, ölkənin cənubundakı Dəraa şəhərinin yaraqlılardan tamamilə təmizləndiyini və ordunun şəhərdəki əməliyyatı başa vurduğunu deyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930