Bəşər Əsəd: "Suriyaya dəvətsiz gələn bütün qüvvələr işğalçıdır"
Mьəllif: admin1
Tarix: 11-03-2017, 21:47
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: "Suriyaya dəvətsiz gələn bütün qüvvələr işğalçıdır"
Suriyanın prezidenti Bəşər Əsəd ABŞ-ın Menbiçdəki hərbi mövcudluğuna razılıq vermədiklərini deyib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Çinin "Phoenix" televizya kanalına müsahibə verən Bəşər Əsəd belə danışıb: "Suriyanın (ABŞ-ın Menbiçdə yerləşdirdiyi əsgərlərlə bağlı) dəvəti və ya icazəsi olmadan Suriyaya daxil olan hər bir əcnəbi əsgər istər Amerika, istər Türkiyə olsun fərq etməz, işğalçıdır. ABŞ-ın hərbi qüvvələrinin mövcud vəziyyətə kömək edəcəyini də düşünmürəm".
"Dəməşq Menbiçin qapılarını ABŞ-a açıbmı?", - sualını verən jurnalistə Bəşər Əsəd belə cavab verib: "Xarici əsgərlər axı nə edəcəklər? İŞİD-lə döyüşəcəklər? Amerikalılar daxil olduqları hər bir müharibədə məğlub olub. İraqda məğlub oldular, sonda geri çəkilməyə məcbur oldular. Somalidə də məğlub oldular. Vyetnam və Əfqanıstanı heç saymıram. Problem yaratmaq və dağıtmaqda çox yaxşıdırlar, amma məsələni həll etməyə gəldikdə o qədər də yaxşı deyillər".
Çenevrədəki Suriya sülh danışıqlarına toxunan Əsəd sözlərini belə davam edib: "İsveçrənin Cenevrə şəhərindəki müzakirələrdən nəticə çıxarmasını gözləmirdik, amma razılaşma yolunda atılmış müsbət bir addım oldu".
Bəşər Əsəd Suriyada İŞİD-ə qarşı təsirli mübarizə aparan yeganə ciddi qüvvənin Rusiya olduğunu bildirib. O, Suriyanın gələcək siyasi sisteminin suriyalılardan asılı olduğunu bildirib. Suriya ordusunun növbəti prioritetinin Raqqanın azad edilməsi olduğunu deyən Əsəd, Suriyadakı qarşıdurmaların 2017-ci ildə başa çatacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930