QMİ sədri İran prezidentilə görüşüb
Mьəllif: admin1
Tarix: 25-10-2019, 11:38
Bцlmə: Xəbərlər
QMİ sədri İran prezidentilə görüşüb
İslamazeri.com xəbər verir ki, oktyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

Həsən Ruhani görüş zamanı iki qardaş ölkə əlaqələrindən danışıb.

O həmçinin "Ekstremizm və terrorizm ilə mübarizə müsəlmanlar daxil olmaqla bütün ilahi dinlərin borcudur və müqəddəs İslam dininin rəhimli siması bütün dünya xalqları üçün təsvir edilməlidir.", -deyə bildirib.

İran İslam Respublikasının prezidenti həmçinin iki ölkə xalqlarının gediş-gəlişlərinin artmasını İran və Azərbaycan Respublikası xalqlarının daha da yaxınlaşmaları və qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində dəyərli bir addım adlandırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə də bu görüşdə bölgə və Azərbaycan Respublikasının vəziyyətindən danışaraq Tehran-Bakı münasibətlərinin günü-gündən genişlənməsini iki ölkənin və regionun xeyrinə olduğunu qeyd edib.

Görüşdə İran XİN başçısı Məhəmməd Cavad Zərif, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və İran səfiri Cavad Cahangirzadə də iştirak edib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031