Prezident İlham Əliyev Ayətullah Xameneyi ilə görüşüb
Mьəllif: admin1
Tarix: 5-03-2017, 22:02
Bцlmə: Xəbərlər
Prezident İlham Əliyev Ayətullah Xameneyi ilə görüşüb
İran İslam Respublikasinda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ali Dini Lideri Ayətullah Xameneyi ilə görüşüb.

Ayətullah Xameneyi deyib: “İki ölkənin imkanlarına nəzər saldıqda, iqtisadi əlaqələr çox aşağı ölçüdədir. Bu əlaqələrin artırılması zəruridir”

O, Azərbaycan Respublikasının İranın nüvə proqramı danışıqları haqda mövqeyini yüksək qiymətləndirərək deyib: “Azərbaycan dövləti siyasi arenada həmişə İranın yanında olub və Azərbaycanın göstərdiyi müsbət mövqeyi iki ölkəni bir-birinə daha da yaxınlaşdırır”.

Ayətullah Xameneyi İran və Azərbaycan arasında istiləşən münasibətlərin düşmənləri narahat etdiyini bildirərək sözlərinə əlavə edib: “İsrail dövləti hər kəsdən artıq İranla Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin zəifləmədini istəyir. Bunun müqabilində səmimi əlaqələrin qorunması üçün çalışmalıyıq”.

Ayətullah Xameneyi Azərbaycan xalqının dinə sevgi və rəğbətini hörmətlə yad edərək deyib: “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın dini hissləri ilə birlikdə olmaqdadır. Onlar öz dini məsələlərində heç bir narahatlıq hissi keçirməməlidir”.

Ayətullah Xameneyi çıxışının sonunda deyib: “Azərbaycan dövləti olaraq xalqın gücünə söykənsəniz və xalqla isti münasibət yaratsanız, heç bir qüdrətli dövlətlər sizə ziyan vura bilməz, biz də Azərbaycan dövləti və xalqının müvəffəqiyyəti üçün dua edirik”.

Ayətullah Xameneyidən sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iki ölkə arasında tarixi, mədəni və dini əlaqələrə işarə edərək deyib: “İran və Azərbaycan həmişə bir-birinin yanında olub. Keçən il bir milyona yaxın Azərbaycanlı İrana səfər edib, bu mədəni və dini əlaqələrin nümunələrindəndir”.

Prezident İlham Əliyev iki ölkə arasında ixtilafların yaradılmasına cəhdlərə işarə edərək bildirib: “İki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir və düşmənlərin səyləri boşa çıxacaq”.

Prezident İlham Əliyev Bakı və Tehran əlaqələrinin inkişaf mərhələsində olduğunu qeyd edərək deyib: “Son üç ildə mən üç dəfə İrana səfər etmişəm, cari ildə həmkarlıq haqda 20 sənəd imzalanıb. İki ölkənin ticari əlaqələri keçən ilə nisbətən 70 % artıb”.

İnterAz xəbər verir ki, bu barədə Ali liderin rəsmi saytı məlumat verib.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031