Ayətullah Məkarim Şirazi: “İran və İraq düşmən hiylələrinə qarşı ayıq olmalıdır”
Mьəllif: admin1
Tarix: 20-09-2019, 12:32
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: “İran və İraq düşmən hiylələrinə qarşı ayıq olmalıdır”
Qum İslami Elm Hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi İran və İraq rəsmilərinin düşmənlərin hiylə və təxribatlarına qarşı ayıq-sayıq olmalı olduğunu bildirib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi sentyabrın 19-u İraqın İrandakı səfiri ilə keçirdiyi görüşdə, iki ölkə hökumətləri və millətlərinin tərəfdaşlıqlarını dərin, tarixi və sarsılmaz kimi qiymətləndirərək, məzhəbin iki ölkəni bir-birinə yaxınlaşdıran ən mühüm əlaqələndirici amillərdən olduğunu qeyd edib.

Ayətullah Məkarim Şirazi məzhəbi, siyasi, sosial və mədəni ortaqlıqların İran ilə İraqın əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün güclü bir səbəb olduğunu vurğulayıb.

Əzəmətli Ərbəin yürüşü və Aşura mərasimlərinin də İran ilə İraq millətlərini bir-birinə yaxınlaşdıran digər amillərdən olduğunu qeyd edən müctəhid, İraqdakı problemlərin bu ölkənin xalqı və hökuməti tərəfindən həll edilməsini arzu edib.



Deyerler.org
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031