Ayətullah Məkarim Şirazi: “Xalqın izdihamlı iştirakı ABŞ-a qəti cavabdır”
Mьəllif: admin1
Tarix: 12-02-2019, 10:22
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: “Xalqın izdihamlı iştirakı ABŞ-a qəti cavabdır”
İranın böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi İran millətinin 22 bəhmən yürüşünə qatılmasının ABŞ-ın hiylələrinə verilən ən dəqiq cavab olduğunu vurğulayıb.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, İranın Qum şəhərində təşkil olunan 22 bəhmən yürüşünə qatılan Ayətullah Məkarim Şirazi, yürüşdə jurnalistlərə verdiyi açıqlamasında belə deyib: “İran milləti bu aksiyalarda iştirak edərək, Amerikanın hiylələrinə qarşı dimdik ayaqda dayandıqlarını və düşmənlərin hiylələri ilə heç bir şeyə nail olmadaqlarını sübut etdi”.

İranın böyük mərcəyi-təqlid alimi Ayətullah Hüseyn Nuri Həmədani də Qum şəhərində keçirilən yürüşün gedişində verdiyi açıqlamasında, İran millətinin bu yürüşə qatılmaqla dünyanın böyük şeytanları qarşısında dimdik dayandıqlarını və sona qədər inqilabın ideallarını müdafiə edəcəklərini göstərdiklərini vurğulayıb.

“Qlobal imperializmlə mübarizədə İran milləti tək deyil, bu gün dünyanın bütün azad millətləri bu mübarizədə İran millətinin yanında dayanıb”, - deyə Ayətullah Həmədani bildirib.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930