Ayətullah Məkarim Şirazi: "Zorakılıq və terrordan xilas olmaq bütün dövlətlərin əzmini tələb edir"
Mьəllif: admin1
Tarix: 12-04-2017, 20:06
Bцlmə: Xəbərlər
[center]Ayətullah Məkarim Şirazi: "Zorakılıq və terrordan xilas olmaq bütün dövlətlərin əzmini tələb edir"[/center]Əhli-Beytin (ə) böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi Misirdə iki kilsəyə vəhşicəsində edilən terror aktlarını qınayıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi zorakılıq və terrordan xilas olmağın bütün hökumətlərin əzmini tələb etdiyini deyib: "Təkfirçi və islamofob qruplar İslamı pis din kimi qələmə vermək üçün və islamofobiyanı yaymaq üçün hər gün dünyanın fərqli yerində cinayət törədir və qan tökürlər. Bu zorakılıq və terror dalğasından xilas olmaq bütün hökumətlər və dini liderlərin təkfirçi qruplara dəstək verməməsindən asılıdır, amma çox təəssüf ki, günümüz dünyasında belə bir ciddilik gözə çarpmır".

Ayətullah Şirazi bəyanatında bu böyük hadisə səbəbilə Misir milləti və dövlətinə başsağlığı diləyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930