"Bu il Həcc ziyarətini unutmalıyıq" - Ayətullah Məkarim Şirazi
Mьəllif: admin1
Tarix: 17-05-2016, 22:15
Bцlmə: Xəbərlər
"Bu il Həcc ziyarətini unutmalıyıq" - Ayətullah Məkarim Şirazi
İslamazeri.az eastnews.org-a istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi görüşdə Səudiyyə Ərəbistanının İranla bağlı mövqeyini sərt şəkildə tənqid edib.

"Səudiyyə Ərəbistanı bu ilki Həcc ziyarətinə siyasi cəhətdən yanaşır və intiqam almaq istəyirlər. Buna görə də, zəvvarlara yaxşı xidmət etmək çətinləşir. Fikrimcə bu il Həcc ziyarətini unutmalıyıq",-deyə o qeyd edib.

İranın Yaxın Şərqdəki mövqeyinə də toxunan Ayətullah Məkarim Şirazi bildirib ki, İranın Yaxın Şərqdə əhəmiyyətli nüfuzu və mövqeyi var: "Buna görə də ABŞ-ın əlaltılarına tabe olmalı deyilik. Səudiyyə Ərəbistanı özlərini müqəddəs hərəmin (red- Kəbə evinin) sahibi hesab edir.

Həcc ziyarəti zamanı bütün islam ölkələrindən orada nümayəndə olmalıdır". İŞİD-dən və digər təkfirçi terrorçulardan da söz açan Ayətullah Məkarim Şirazi vurğulayıb ki, Səudiyyə Ərəbistanı təkfirçiliyin dünyaya yayılmasına səbəb oldu: "Bununla bağlı sənədləri hazırlayıb bütün dünyaya nümayiş etdirməliyik".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930