Ayətullah Xamenei Ənsərullah rəsmisini qəbul etdi: "Yəmən müqaviməti qətiyyətlə qələbə qazanacaq"
Müəllif: Admin
Tarix: 14-08-2019, 18:50
Bölmə: Xəbərlər
Ayətullah Xamenei Ənsərullah rəsmisini qəbul etdi: "Yəmən müqaviməti qətiyyətlə qələbə qazanacaq"
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam və onu müşayiət edən Yəmən heyətini qəbul edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər bu görüşdə təcavüzkar qüvvələrin qarşısında Yəmən xalqının göstərdiyi möminlik, müqavimət və ayıqlığının tərifə layiq olduğunu qeyd edərək, belə danışıb: “Hər mömin bir millət uca Allaha və onun vədlərinə inanarsa, qətiyyən zəfərə çatacaqdır. Bu səbəbdən şübhəsiz ki, zəfər məzlum və mücahid Yəmən xalqınındır”.

Ayətullah Xamenei Yəmənin Ənsarullah Hərəkatının rəhbəri Seyyid Əbdülməlik Bədrəddin Əl-Husinin qardaşı İbrahim Bədrəddinin şəhadəti səbəbiylə başsağlığı diləklərini çatdıraraq, belə deyib: “Böyük bir tarix və sivilizasiyaya malik olan Yəmən xalqının son 5 ildə göstərdiyi müqavimət sayəsində yaxşı bir gələcək gözləyir.

Allahın lütfüylə güclü bir dövlət quracaqlar və bu dövlət çərçivəsində müvəffəqiyyətə çatacaqlar”.

Ayətullah Seyid Əli Xamenei Səudiyyə Ərəbistanı, BƏƏ və müttəfiqlərinin Yəməndə böyük cinayət törətdiklərini, amma əsla bir nəticə əldə etməyəcəklərini qeyd edib: “Onlar Yəmənin bölünməsini istəyir. Buna qarşı güclü bir şəkildə çıxmaq lazımdır və Yəmənin ərazi bütövlüyü qorunmalıdır”.

Səudiyyə Ərəbistanı və dəstəkçilərinin Qurban bayramı günündə törətdiyi cinayətlərə toxunan Ayətullah Xamenei, bunları deyib: “Yəməndə baş verənlər - hazırkı dünya və insan haqlarının tərəfdarı olduqlarını iddia edənlərin həqiqi simasıdır”.

İranın Amerika və Qərbə qarşı sərgilədiyi mövqeyinə diqqət çəkən Ali Dini Rəhbər, belə danışıb: “Bu yanaşmanın səbəbi fanatizm deyil. Əsil səbəbi - Amerika və Qərb rəsmilərinin əxlaq, mədəniyyət və insanlıq şüarlarıyla ən pis cinayətləri törətmələri və buna baxmayaraq yenə insan haqqlarından söz danışmalarıdır”.

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam da bu görüşdə ölkəsindəki inkişaflar haqqında məlumat verərək, Ənsarullah Hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddinin məktubunu Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneiyə təqdim edib.

Yəmənin “Ənsarllah” hərəkatının sözçüsü Muhəmməd Əbdüs-Salam hərəkat sədri Seyid Əbdül-Məlik Husinin və digər mücahidlərin salamını İmam Xameneiyə çatdıraraq, bildirib: "Biz sizin vilayətinizi Peyğəmbərin (s) və Əmirəl-mömininin (ə) yolunun davamı, məzlum Yəmən xalqını Əli və Heydər sayağı dəstəkləməyinizi İmam Xomeyni (r.ə) xəttinin ardı bilir və bunu bərəkət və ruhiyyə mənbəyi hesab edirik.

Sizin dünya məzlumlarına, xüsusən Yəmən xalqına verdiyiniz dəstək - dini və etiqadi məsələdir. Olduqca ağır şəraitdə olan Yəmən xalqı, əliyalın olmasına baxmayaraq, imanla on yeddi təcavüzkar dövlətin qarşısında möhkəm dayanıb.

Sizə söz veririk ki, Yəmən xalqı zülm və təcavüzün önündə möhkəm bir yumruq tək birləşib, son və qəti qələbəyədək müqaviməti davam etdirəcək”.



Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031