Yəmən xalqı Səudiyyə rejiminin Hudeyda qətliamına milyonluq mitinqlə etiraz etdi
Mьəllif: admin1
Tarix: 4-08-2018, 15:45
Bцlmə: Xəbərlər
Yəmən xalqı Səudiyyə rejiminin Hudeyda qətliamına milyonluq mitinqlə etiraz etdi
Yəmənin paytaxtı Sənada yaşayan yüz minlərlə insan Babul Yəmən meydanında toplaşaraq, ölkənin qərb sahillərində Yəmən ordusu və xalq komitələri ilə Səudiyyə koalisiya qüvvələri arasında mövcud olan münaqişələrdə ordunun yanında olduqlarını bildiriblər.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən xalqı Sənada təşkil etdiyi mitinqdə Sənanın Hudeydanın və Hudeydanın da Yəmənin tərkibi olduğunu vurğulayıb.

Nümayişçilər Qərb sahili məsələsindəki öhdəliklərini yerinə yetirmək məqsədi ilə bölgədən müdaxiləçilərin təmizlənməsi üçün döyüşməyə hazır olduqlarını bir daha elan ediblər.

Mitinqdə çıxış edən Yəmənin İnqilabi Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi ötən gün Hudeyda əyalətinin Tuhayat bölgəsində xəstəxananı bombardman edən Səudiyyə rejiminin koalisiyasını qınayaraq dedi: “Bu cür cinayətlər bizə istilaçılara cavab verəməkdən və vətəni müdafiə etməkdən çəkindirməz”.

Nümayişçilər işğalçı qüvvələrə qarşı “Hudeyda şəhəri və Qərb sahilini sizin məzarınıza çevirəcəyik” şüarını da səsləndiriblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930