Bizlər Allaha güvənib dözürük
Mьəllif: admin1
Tarix: 17-08-2015, 09:11
Bцlmə: Xəbərlər
Bizlər Allaha güvənib dözürük

Əbdülmalik Əl-Husi: “Bu müharibənin nəticəsini nə Amerika, nə İsrail, nədə Səudiyyə Ərəbistanı müəyyən etməyəcək!”

Yəmən Ənsarullah hərəkatı lideri Abdulmalik Əl-Husi, Yəmən xalqının Səudiyyə Ərəbistanının soyqırım və işğalçılıq cəhdləri qarşısındakı müqavimətini təqdir edib.


İslaminsesi.org-un Yaxın Şərq mətbuatına istinadən verdiyi xəbərə görə, Əbdulmalik əl-Husi müsahibəsində, Yəmən xalqının düşmən qarşısındakı uğurlu müqavimətinin təqdirəlayiq olduğunu bildirərək, sözügedən müqavimətin Yəmən xalqının alicənablığını isbat etdiyini qeyd edib.


Ənsarullah lideri açıqlamalarının davamında, düşmənin Yəmən xalqının güclü əzm və iradə və müqaviməti qarşısında məğlubiyyətə uğradığını bildirib.


Onun sözlərinə görə, bu müharibənin nəticəsini nə Amerika, nə İsrail nədə Səudiyyə Ərəbistanı müəyyən etməyəcək: “Bunların silah və say çoxluğu heç kəsi çaşdırmasın. Amerikanın Vyetnam xalqına qarşı məğlubiyyəti buna ən gözəl misaldır. Amerika və digər bütün İsrail tərəfdarları tərəfindən verilən dəstəyə baxmayaraq İsrail Livan da məğlubiyyətə uğradı. Zəlil olaraq Livandan çıxdı. Eyni məğlubiyyəti Qəzzada də yaşadı. Biz hücum edən deyil, müdafiə edən tərəfik, heç kəsə təcavüz etməmişik, təcavüzə məruz qalan tərəfik. Bizə qarşı çox çirkin bir qətliam aparılır. Bizlər Allaha güvənib dözürük. Allah bizim yardımçımız olacaqdır. Bizlər heş kəsin qarşısında əyilməyəcik. Yalnız Allahın önündə əyiləcəyik.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031