Donlad Tramp Kim Çen Inla görüşdü
Mьəllif: admin1
Tarix: 30-06-2019, 22:44
Bцlmə: Xəbərlər
Donlad Tramp Kim Çen Inla görüşdü
Onlar son bir ildə üçüncü dəfə bir araya gəldi

ABŞ prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş başlayıb. Görüş Koreya yarımadasında yerləşən hərbsizləşdirilmiş zonada keçirilir. Bu barədə “BBC” xəbər yayıb.

ABŞ prezidentini Cənubi Koreya prezidenti Mun Çje İn müşayiət edib.

“BBC” yazır ki, Donald Tramp Şimali Koreya ərazisinə daxil olan ilk Amerika prezidentidir. Liderlər arasındakı danışıq bir saata yaxın davam edib. Hər iki ölkə lideri nüvə silahı ilə bağlı aparılan danışıqların tezliklə yekunlaşmasını məqsədəuyğun hesab edib.

Fevral ayında onlar arasında keçirilmiş son sammit uğursuz olmuşdu. Son bir ildə iki lider üçüncü dəfədir ki, üz-üzə gəlirlər.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031