Şimali Koreya lideri Trampa: Səni odla adam edəcəyik!
Mьəllif: admin1
Tarix: 23-09-2017, 10:41
Bцlmə: Xəbərlər
Şimali Koreya lideri Trampa: Səni odla adam edəcəyik!
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp BMT Baş assambleyasında Şimali Koreyanın “tamamilə məhv edilməsinin” mümkünlüyü barədə bəyan edib. Şimali Koreyanın lideri Kim Çen In isə Ağ Ev başçısının bəyanatını cavabsız qoymayıb və məsələ ilə bağlı sərt tədbirlərin görüləcəyinə dair söz verib.

“Madam ki, Tramp bütün dünya qarşısında bizim dövlətin mövcudiyyətinə qarşı çıxdı və Şimali Koreyanın məhv edilməsi məqsədi ilə ən sərt şəkildə müharibə elan etdi, biz də öz tərəfimizdən misli görülməmiş sərt addımlar atmağa hazırıq. Biz daha öncə belə tədbirlər görməmişdik. Amerikalı dəli qocanı biz odla əhilləşdirəcəyik.”, - deyə Kim Çen In qeyd edib.

Şimali koreyalı lider həmçinin bildirib ki, Tramp hakimiyyətə gələndən sonra “bütün ölkələri təhdid və şantaj edir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930