Şimali Koreya növbəti ballistik raket sınağı keçirdi
Mьəllif: admin1
Tarix: 29-04-2017, 11:14
Bцlmə: Xəbərlər

Şimali Koreya növbəti ballistik raket sınağı keçirdi

 İslamazeri.com-un "Ryonhap” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Şimali Koreyada, ilkin ehtimala görə, növbəti ballistik raket sınağı keçirib.

"Şimali Koreya bu gün səhər saatlarında Pxenyan-Namdo əyalətinin Pukçxan rayonunda müəyyən edilməmiş tipdə raket buraxılışı həyata keçirib.”, - deyə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin bəyanatında bildirilir.

CNN telekanalının məlumatına görə isə, ABŞ hərbçiləri həmçinin təsdiq ediblər ki, Şimali Koreya raket buraxılışı həyata keçirib. Pentaqondakı mənbədən qeyd edilib ki, raket  Yaponiya sahilinin sahilində düşüb.

Cənubi koreyalı mütəxəssislər bildiriblər ki, raket sınağı uğursuz olub. Belə ki, raket startdan bir neçə saniyə sonra partlayıb. Üstəlik qeyd edilir ki, raket cəmi təqribən 50 km məsafə qət edərək, heç Şimali Koreya ərazisini də tərk edə bilməyib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, növbəti sınaq Şimali Koreya tərəfindən Çinə edilən hörmətsizliyin nümayişidir.

Hazırdı sınaq artıq aprel ayında keçirilmiş 3-cü sınaqdır, lakin hər 3 sınaq uğursuzluqla nəticələnib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930