Etirazçıların daha bir tələbi yerinə yetirildi
Mьəllif: admin1
Tarix: 26-06-2019, 22:45
Bцlmə: Xəbərlər
Etirazçıların daha bir tələbi yerinə yetirildi
Paytaxt Tbilisidə iyunun 20-21-də keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.

Ahlibeyt.ge xəbər verir ki, bu barədə parlament binası qarşısında keçirilən aksiyada bildirilib.

Təşkilatçıların sözlərinə görə, onların üç əsas tələbindən ikisi artıq yerinə yetirilib.

Hazırda etirazçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi yerinə yetirilməmiş qalıb.

Qeyd edək ki, Tbilisidə davam edən etiraz aksiyalarının üç tələbi olub.

Bu tələblər proporsional seçki sisteminə keçid, iyunun 20-21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılması və daxili işlər naziri G.Qaxarianın istefası olub.

Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional qayda üzrə keçiriləcək.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031