Tbilisidə etiraz aksiyası zamanı 305 iştirakçı saxlanılıb
Mьəllif: admin1
Tarix: 21-06-2019, 22:32
Bцlmə: Xəbərlər
Tbilisidə etiraz aksiyası zamanı 305 iştirakçı saxlanılıb
Ötən gün Tbilisidə parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı müxtəlif qanun pozuntularına yol verən 305 iştirakçı saxlanılıb.

Ahlibeyt.ge saytının əmakdaşının verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, aksiya ilkin olaraq dinc şəkidlə keçirilsə də, sonradan ciddi qanun pozuntuları və zorakılıqla müşayiət olunub. Aksiya zamanı iştirakçılar və hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alıblar. Etirazçılar polisə məxsus avadanlıqlara ziyan vurublar.

DİN aksiya ilə bağlı Cinayət Məcəlləsinin kütləvi zorakılığın təşkili və ona cəlbetmə maddəsi üzrə istintaqa başlayıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031