Parlament Nika Melianın toxunulmazlığını ləğv edib
Mьəllif: admin1
Tarix: 26-06-2019, 21:33
Bцlmə: Xəbərlər
Parlament Nika Melianın toxunulmazlığını ləğv edib
Gürcüstan Parlamenti müxalif "Vahid Milli Hərəkat" partiyasının deputatı və liderlərindən biri Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib.

Ahlibeyt.ge xəbər verir ki, 91 deputat qərarın lehinə səs verib.

Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas Parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğ N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930