Vəhabilərin Yəmən vəhşiliyi: 5 ildə ölənlərin sayı açıqlandı
Mьəllif: admin1
Tarix: 20-06-2019, 22:55
Bцlmə: Xəbərlər
Vəhabilərin Yəmən vəhşiliyi: 5 ildə ölənlərin sayı açıqlandı
İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, “Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi Layihəsi” (ACLED) Yəməndəki hərbi münaqişə nəticəsində ölənlərlə bağlı statistikanı səsləndirib.

Qeyd edək ki, həmin rəqəmə, müharibənin səbəb olduğu aclıq və xəstəlikdən ölənlər daxil edilməyib.

Hesabata əsasən, 5 ildə Yəməndəki müharibədə 90 mindən çox insan həlak olub.

Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyasının hücumları nəticəsində 8 min dinc insan ölüb.

Ötən il isə ən qanlı olub: 30 mindən çox insan həyatını itirib. 2019-cu ilin əvvəlindənsə, bu siyahıya daha 12 min insan tələfatı əlavə edilib.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031