BMT-dən Səudiyyə Ərəbistanına: "Yəməndə uşaqları öldürən hücumları dayandırın"
Mьəllif: admin1
Tarix: 12-10-2018, 09:48
Bцlmə: Xəbərlər
BMT-dən Səudiyyə Ərəbistanına: "Yəməndə uşaqları öldürən hücumları dayandırın"
Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaq Hüquqları Komitəsi Səudiyyə Ərəbistanına Yəməndə mülki vətəndaşları hədəfə alan ölümcül hücumlarına son verməsi və hüquqi legitimliyi olmayan bu hücumlarda uşaqların öldürülməsindən məsul olan rəsmilərin mühakimə edilməsinə çağırıb.

Komitədən "Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin 2015-ci ilin mart ayından bu yana həyata keçirdiyi hücumlarda son olaraq bir məktəb avtobusunda hava hücumuna hədəf olan 43 uşağın öldürülməsi də daxil olmaqla, azı 1248 uşaq həyatını itirib, eyni sayda uşaq da yaralanıb", - deyə bildirilib.

Açıqlamada bütün tərəflərin beynəlxalq aktları pozaraq, evlər, səhiyyə müəssisələri, məktəblər, kəndlər və bazar yerləri kimi kütləvi məkanlar, o cümlədən mülki hədəflərə qarşı hücumlara başladığı qeyd olunub.

Uşaq Hüquqları Komitəsi 2016-cı ildə Yəməndə koalisiya qüvvələri tərəfindən yaradılan və xətalı hədəflərə dair qərəz iddialarını araşdıran Birgə Hadisələri Qiymətləndirmə Qrupunun (JIAT) disfunksional hala gəlməsi qorxusu olduğuna da diqqət çəkib.

Komitə, həmçinin başda Hudeydə limanına olmaqla, koalisiya qüvvələrinin Yəməndə tətbiq etdiyi və milyonlarla insanın ac və əsas tələbatlarından məhrum qalmasına yol açan dəniz və hava mühasirəsini ləğv etmə çağırışı da edib.

Komitənin 18 müstəqil ekspertdən ibarət dəyərləndirmə heyəti çağırış mətnində Yəməndə uşaqların həyatını itirməsinə, ailələrini itirmələrinə ya da şikəst qalmalarına səbəb olan vəziyyətin davam etdiyini vurğulayıb.

BMT-nin məlumatlarına görə, müharibənin başlanğıcından bu yana Yəməndəki daxili müharibədə 10 mindən çox adam həyatını itirib, Yəmən xalqı aclıq və yoluxucu xəstəliklərlə boğuşmaq məcburiyyətində qalıb.
Mənbə:/www.eastnews.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930