Müsəlman xanımdan növbəti dünya rekordu
Mьəllif: admin1
Tarix: 12-06-2019, 22:11
Bцlmə: Xəbərlər
Müsəlman xanımdan növbəti dünya rekordu
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, 35-yaşlı iranlı qadın Elham Sadat Əsğəri olduqca qeyri-adi rekordla Ginnesin Kitabına düşüb. Belə ki, o, əli bağlı halda 5500 metr üzüb.

İran KİV-ləri yazır ki, müsəlman xanım artıq 2-ci dəfədir ki, öz adını rekordlar kitabına həkk edir.

O, 2017-ci ildə 4200 metr əlləri bağlı şəkildə üzərək oxşar rekorda imza atmışdı.

Müsəlman xanımın yeni rekordu BƏƏ-də qeydə alınıb, Ginnes şəhadətnaməsinin təqdimatı isə Tehranda baş tutub.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031