Ginnesin rekordlar kitabına düşmüş dünyanın ən kasıb xeyirxahı
Mьəllif: admin1
Tarix: 28-12-2017, 14:43
Bцlmə: Xəbərlər
Ginnesin rekordlar kitabına düşmüş dünyanın ən kasıb xeyirxahı
Abdul Səttar Edhi. Bu ad Pakistan üçün xeyirxahlığın mücəssiməsidir.

İslaminSesi bildirir ki, Abdul Səttar Pakistanın ən böyük könüllü ambulans sistemini quran şəxsdir. O bütün bunları Edhi fondu vasitəsi ilə reallaşdırıb. Baxmayaraq ki, 20 yaşından Kəraçidə bir qəpiksiz qalıb, Abdul Səttar bütün ömrünü bu fondu yaratmağa həsr edib. Edhi fondu 2005-ci ildə beynəlxalq bir fonda çevrildi. Ketrin qasırğasından zərərçəkmişlərə 100 min dolar yardım etdilər. Bəs bu fondu yaradan pulsuz insan Edhi buna necə nail oldu?

Abdul Səttarın anası onun 11 yaşı olanda iflic oldu. 19 yaşı olanda isə o anasını əbədi olaraq itirdi. O andan başlayaraq öz missiyasını anladı: Dünyada bütün xəstələrə, şikəstlərə, sahibsizlərə sahib çıxacaqdı. O küçələrdə dilənçilik edərək pul toplamağa başladı. Məqsədi pulsuz xəstəxana qurmaq idi. O 20 mindən çox kimsəsiz uşağı xilas edib. 50 mindən çox yetimə reabilitasiya mərkəzi qurub. 40 mindən çox tibb bacısı yetişdirib.

Abdul Səttar Edhi 1928-ci ildə Qucaratda anadan olub. O keçən il böyrək çatışmazlığından dünyasını dəyişib. Ona xaricdə müalicə olunmağı təklif etsələr də, dövlət xəstəxanasını seçdi.

Edhi fondunun şüarı: "Yaşa və Yaşamağa Kömək et!" budur. Onun fondunun təşkil etdiyi təcili yardım sistemi 1800 stansiyanı əhatə edir. 1997-ci ildə Ginnesin rekordlar kitabına düşüb.

Nobel Sülh mükafatı Məlalə Yuzifzaya veriləndə Pakistanda böyük bir hərəkat başladı. Onlar Nobelin Edhiyə verilməsini istəyirdilər. Amma alınmadı. Onda Abdul Səttar Edhiyə bu barədə sual verdilər o isə cavabında elə bir cümlə dedi ki, bütün dünya ondan danışdı: "6 uşaq anası yoxsulluqdan balaları ilə birlikdə özünü öldürüb. Bu an yalnız onun dəfniyyatı ilə maraqlanıram. Nobel mükafatının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənə bu insanlar lazımdır"

Google ölümündən sonra onu bir günlük xatırılama ilə şərəfləndirdi. Amma Abdul Səttar əbədi olaraq öz xeyirxahlığı ilə Pakistan xalqının yaddaşına yazılıb.

Ülviyyə Tahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930