İllərdir oruc tutan xristian biznesmen iftar ehsanları verir
Mьəllif: admin1
Tarix: 17-05-2019, 22:10
Bцlmə: Xəbərlər
İllərdir oruc tutan xristian biznesmen iftar ehsanları verir
İslamazeri.com-un “GulfNews”-ə istinadən verdiyi xəbərə əsasən, uzun illərdir BƏƏ-də yaşayan hindistanlı xristian biznesmen Saci Çeriyan müqəddəs Ramazan ayında müsəlmanlarla birlikdə oruc tutur və hər gün bir neçə yüz müsəlman üçün iftar süfrəsi açır.

Ötən il Fuceyra şəhərində şəxsi vəsaiti ilə məscid inşa etdirmiş Çeriyan xristian olmasına baxmayaraq artıq 13 ildir oruc tutur.

Hər gün Həzrəti İsa peyğəmbərin (s) anası Məryəm xanım məscidində Çeriyanın hesabına 800 nəfərlik iftar verilir.

“Məscid ötən il Ramazanın 17-ci gecəsi istifadəyə verilib. Buna görə də mən yalnız yerdə qalan günlərdə iftar verə bildim. Bu ildən isə mən bunu hər gün edə biləcəyəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, məscid inşa etdirdikdən sonra, onun işləri daha da yaxşı getməyə başlayıb və müvafiq olaraq da gəliri də ciddi şəkildə artıb.

“Artıq mənim layəqətli ömürə bəs edəcək qədər pulum var. Öz hesabımda böyük məbləğlər saxlamağın mənası yoxdur. Ölərkən özümlə heç nə aparmayacağam. Mən bu torpağa (BƏƏ-yə) çox şey borcluyam”, - deyə o bildirib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031