Böyük nümunə: Məsihi məscid inşa edərək müsəlmanlara hədiyyə etdi
Mьəllif: admin1
Tarix: 21-05-2018, 21:56
Bцlmə: Xəbərlər
Böyük nümunə: Məsihi məscid inşa edərək müsəlmanlara hədiyyə etdi
BƏƏ-də yaşayan etiqadca xristian olan hindistanlı sahibkar Sadji Çeriyan, Ramazan ayında, müsəlman işçiləri üçün məscid tikdirərək hədiyyə edib.

"Deyerler.org"un "iqna.ir" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb, namaz vaxti işçilərin məsciddə namaz qılmaq üçün ciblərinin son pullarını taksi sifarişinə xərcləmələrini müşahidə etməsi olub.

Qeyd edək ki, o ərazidə taksidən başqa nəqliyyat yoxdur. Məscidin inşası 354 min dollara başa gəlib. Məscidi, yerli camaat tərəfindən ona təklif olunan maddi dəstəklərdən imtina edərək öz şəxsi puluna tikdirib.

İnşa edilmiş məscid Həzrəti Məryəmin (s.ə) və Həzrəti İsanın (ə) adınə daşıyır. Məsciddə 250 nəfərə yaxın insanın ibadət etməsi mümkündür. Eyni zamanda, məscidin üstü bağlı həyətinə əlavə 700 nəfərin yerləşməsi qeyd olunur.

Məscidi inşa etdirən xristianın sözlərinə görə bu ölkəyə gəldikdə çox imkansız olub. Lakin bir müddət sonra maddi durumu yaxşılaşaraq 18 milyon dollar qazana bilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930