Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
Mьəllif: admin1
Tarix: 19-04-2019, 22:08
Bцlmə: Xəbərlər
Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda güclü daşqınlar nəticəsində azı 235 insan həyatını itirib, 38 nəfər itkin düşüb, 294 nəfər isə xəsarət alıb.

Əfqanıstanın təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli departamentinin məlumatına görə, ən çox ziyan ölkənin şimal və qərb bölgələrinə dəyib. Ən çox insan tələfatı isə Herat əyalətində qeydə alınıb.

İlkin məlumatlara görə, 15153 ev tamamilə dağılıb. Təsərrüfat və infrastruktura ciddi ziyan dəyib. 10 min başdan çox iribuynuzlu heyvan tələf olub.

Hazırda evsiz qalmış onminlər sakinin təcili maddi və ərzaq yardımına ehtiyacı var.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031