İdlibdə silah anbarında partlayış: 50 ölü, 40 yaralı
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:15
Bцlmə: Xəbərlər
İdlibdə silah anbarında partlayış: 50 ölü, 40 yaralı
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Sərmada kəndindəki silah anbarında partlayış baş verib.

Bildirilir ki, hadisə nəticəsində 40 nəfər ölüb, təxminən 50 nəfər isə yaralanıb. Yaralıların müxtəlif xəstəxanalara yerləşdirildiyi qeyd edilir.

Mənbənin məlumatına görə, partlayış silah alverçisi Əbu Yazin əl-Xomsinin anbarında baş verib. Anbar yaşayış binasının ən aşağı mərtəbəsində yerləşdiyi üçün, partlayış binanın tam dağılmasına səbəb olub. Hazırda partlayışın səbəbi müəyyən edilməyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930