İmam Rzanın (ə) hərəmini 1 milyon 200 mindən çox zəvvar ziyarət edib - 3 gün ərzində
Mьəllif: admin1
Tarix: 19-03-2019, 14:07
Bцlmə: Xəbərlər
İmam Rzanın (ə) hərəmini 1 milyon 200 mindən çox zəvvar ziyarət edib - 3 gün ərzində
Ötən 3 gün ərzində 1 milyon 238 min zəvvar Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Maide.Az xəbər verir ki, bunu İran Xorasan Rəzəvi əyalətinin səfər xidmətləri üzrə icraçı qərargahın sözçüsü Mehdi Furuzan deyib.

Onun sözlərinə görə, martın 16-18-i tarixində Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmini 1 milyon 238 min 999 zəvvar ziyarət edib. “Bu rəqəm ötən illə müqayisədə 2.7 faiz (108 min 695 nəfər) artıb.

Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmini milyonlarla zəvvar ziyarət edir. Bu il İmam Cavadın (ə) mövlud gününün Novruz bayramına təsadüf etməsi zəvvarların sayının artmasına səbəb olub.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031