Ayətullah Xamenei: “Düşmənlər ailə ocağının əsasını hədəf alıb”
Mьəllif: admin1
Tarix: 27-02-2019, 10:35
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: “Düşmənlər ailə ocağının əsasını hədəf alıb”
İran İslam İnqilabı Lideri Ayətullah Xamenei İslam Peyğəmbərinin (s) göz nuru və sevimli qızı Həzrəti Fatimənin (s) mübarək doğum ildönümü münasibətilə məddahları qəbul edib.

İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei qəbuldakı çıxışında, İslam Peyğəmbəri (s) dövründə batil cəbhəsinin sayca çox olsalar da yox olduqları kimi, bu gün yenə İslam inqilabı düşmənlərini eyni talenin gözlədiyini, düşməndən qorxub hesab səhvinə düşməmək lazım olduğunu vurğulayıb.

Çıxışının başqa bir hissəsində ailə ocağının əhəmiyyətinə işarə edən İslam İnqilabı Lideri ailə ocağının ilahi sünnə olduğunu, ancaq qlobal imperializm və beynəlxalq sionizmin dünya miqyasında ailə ocağının əsasını hədəf aldıqlarını, buna görə ən çox bu quruma kömək etmək lazım olduğunu ifadə edib.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930