Ayətullah Xamenei virtual məkanda fəaliyyətin önəmindən danışdı
Mьəllif: admin1
Tarix: 9-09-2015, 11:53
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei virtual məkanda fəaliyyətin önəmindən danışdı

İslamazeri.az "leader.ir"-ə istinadən xəbər verir ki, sentyabrın 7-i səhərvaxtı İran prezidenti və Virtual Məkan Üst Təşkilatı üzvlərini qəbul edən islam inqilabı rəhbəri Ayətullah Seyid Əli Xamanei bu təşkilatın Virtual məkanla əlaqədar şüurlu, məsul və işinə sahib bir şəkildə siyasət təyinetmə sahəsində əsas mərkəz olduğunu ifadə edərək, bənzərsiz və böyük virtual məkanın hər keçən gün sürətli bir şəkildə yayılmaqda olduğunu, bunun üçün də düzgün siyasətlər həyata keçirmək, sərfəli, koordinasiyalı cəhdlər etmək və vaxt itirməmək şərtiylə virtual məkandakı mövcud durğunluq və tənəzzüldən xilas olmaq, təsirli bir mövcudiyyət ortaya qoymaq və cazibədar, təsiredici mövcudiyyət göstərmək məqsədiylə ölkənin gənc qabiliyyətləri və istedadlarından faydalanmaq lazım olduğunu söyləyib. Virtual məkanın mədəniyyət, siyasət, iqtisadiyyat, həyat tərzi, iman, dini və əxlaqi inanclar kimi müxtəlif sahələrdə fövqəladə yumşaq bir güc olaraq virtual məkanın çox məşhur fəaliyyətinə toxunan islam inqilabı rəhbəri bu sahədə cəmiyyətin fikri və əxlaqi sərhədlərinin qorunması məqsədiylə uyğun dizayn və planlamaların edilməsi lazım olduğunu xatırladaraq, "Virtual məkanda təsirli şəkildə var olmanın gərəyi, "qərar vermədə diqqətli olmaq, zaman itirmədən icrada ciddilik göstərmək, təşkilatlar arasında koordinasiya və paralellik və ziddiyyətdən uzaq durmaqdır" deyib. İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei bundan əlavə rabitə texnologiyası ilə əlaqədar sənayenin inkişaf etdirilməsi məqsədiylə hökumətin, xüsusilə də prezident elmi və texnologiya işlərindən məsul köməkçiliyi tərəfindən dəstəklənməsi və lazımlı planlaşdırmaya gedilməsinin çox zəruri olduğunu bildirərək, əsaslı elm firmaları tərəfindən bu sənayenin inkişaf etdirilməsinin ölkə iqtisadiyyatında islahat və yeni iş sahəsinin açılması baxımından yuxarı səviyyədə bir təsiri olacaq. Ayətullah Əli Xamanei bu görüşdə prezident yanında virtual aləm üst təşkilatı və bu təşkilatın indiki və daha əvvəlki rəhblərinin çəkdikləri zəhmətlərdən ötəri təşəkkürlərini bildirib. İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamaneinin çıxışından əvvəl, Virtual Məkan Üst Təşkilatı başçısı Höccətul-İslam Həsən Ruhani və Virtual Aləm Üst Təşkilatının baş katibi Mühəndis İntizarı Virtual məkanın əhəmiyyəti, proqram və görülən işlərlə əlaqədar bir hesabat təqdim ediblər. Bu görüşdə həmçinin Ali Məhkəmənin başçısı Ayətullah Amuli Laricani Virtual məkan haqqında bir sıra lazımlı xüsusları dilə gətirib
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930