Ayətullah Xameneidən dövlət rəhbərlərinə tövsiyə
Mьəllif: admin1
Tarix: 16-07-2015, 21:44
Bцlmə: Xəbərlər
Ayətullah Xameneidən dövlət rəhbərlərinə tövsiyə

İslamazeri.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei nüvə müzakirələrində razılıq əldə olunandan sonra prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvlərini qəbul edərək onlara bir neçə tövsiyə verib. Ayətullah Xameneinin çıxışından əvvəl İran prezidenti Həsən Ruhani nüvə danışıqlarının nəticələrində Ali dini liderə hökumət və müzakirələrdə iştirak edən nümayəndə heyətinə dəyərli nəsihətlər verdiyinə görə təşəkkür edib. Prezident Həsən Ruhaninin açıqlamalarına toxunan İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei isə nüvə müzakirələri heyətinin sədaqətli və təkidli zəhmət və səylərinə görə təqdir və təşəkkürlərini bildirib. Çıxışının bir hissəsində Malik Əştərin İmam Əlinin (ə) yanındakı mövqeyinə və Malik Əştərin şəxsiyyətinə işarə edən Ayətullah Xamenei Əli ibni Əbu Talibin (ə) öz fərmanını məhz belə bir şəxsiyyətə həvalə etdiyini və bu məqamın üzərində dayanmağın önəmli olduğunu söyləyib. Ayətullah Xamenei Həzrət Əlinin (ə) Malikə verdiyi bu fərmanında şəxslər üçün müəyyən edilən məsuliyyət və vəzifəni hazırki vəziyyətlə əlaqələndirərək, "Əmirəl-Möminin Malikə yazdığı məktubunda xalqın dövlət qarşısında olan hüquqlarının və vergi almaq, xalqı və torpaqları müdafiənin, cəmiyyətin qurtuluşa doğru gedən yolunun, ölkənin inkişafı və abadlaşdırılması kimi işlərin dövlət rəhbərlərinin çiyinlərində olduğuna işarə edir", - deyə qeyd edib. Nüvə müzakirələrinə hansı səbəbə qatıldıqlarını açıqlayan Ayətullah Xaemenei amerikalıların da İrana tətbiq olunan embarqonun heç bir işə yaramadığını gördüyünü bildirib.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930