Şeyx Həmud: Ayətullah Xamenei cəsarətlə Dünya müsəlmanlarının hüquqlarını müdafiə edir
Mьəllif: admin1
Tarix: 8-11-2017, 23:16
Bцlmə: Xəbərlər
Şeyx Həmud: Ayətullah Xamenei cəsarətlə Dünya müsəlmanlarının hüquqlarını müdafiə edir
İslamazeri.com xəbər verir ki, Dünya Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Mahir Həmud "Tasnim"-ə verdiyi açıqlamada; İslam İnqilabı Rəhbərinin Beyrutda keçirilən Dünya Müqavimət Alimləri Birliyi iclasına göndərdiyi mesajına görə minnətdarlıqlarını bildirərək, Ayətullah Xameneinin aydın mesajı ilə bir daha müsəlmanların lideri olaraq məzlum Fələstin xalqını mükəmməl şəkildə müdafiə etdiyini sübut etdiyini vurğulayıb.

Fələstin məsələsinin İslam ümmətinin unudulmaz mübarizəsi olduğuna diqqət çəkən Həmud Ayətullah Xameneinin buyurduğu kimi, Sionistlər və İslam ümməti düşmənlərinə qarşı fərqli şəkillərdə müqaviməti davam etdirmələri lazım olduğunu, düşmənə münaqişə və təfriqə yaratmaq surətilə müsəlmanlara qarşı cinayət zəmini yaratmasına imkan verməmələri lazım olduğunu qeyd edib.

Müqavimət Alimləri Birliyinin rəhbəri Ayətullah Xameneinin tövsiyələrinə müqavimət alimlərinin daim diqqətə aldığını və bəyanatlarını öz işlərində ön planda tutduqlarına işarə ilə, Ayətullah Xameneinin müsəlmanlar, məzlumlar və mustazafların hüquqlarını müdafiə etməkdə əlindən gələn heç nəyi əsirgəmədiyini və cəsarətlə dünya müsəlmanlarının hüquqlarını müdafiə etdiyini vurğulayıb.

Həmud sözlərinin davamında; Səudiyyə rejiminin Yəməndəki hücumlarına təmasla, Müqavimət Alimləri Birliyi tədbirinin yekun bəyannaməsində, Səudiyyə Ərəbistanının yəmənli müsəlmanlara qarşı cinayətinin dayandırılmasını vurğuladıqlarını ifadə edib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031