“Müsəlman Alimləri Birliyi” İsraillə əlaqələrin kəsilməsini və həbs edilən alimlərin azadlığını tələb etdilər
Mьəllif: admin1
Tarix: 9-11-2018, 10:36
Bцlmə: Xəbərlər
“Müsəlman Alimləri Birliyi” İsraillə əlaqələrin kəsilməsini və həbs edilən alimlərin azadlığını tələb etdilər
“Dünya Müsəlman Alimləri Birliyi” İstanbulda beşinci toplantısını keçirib.

“İslaminSesi” Anadolu Agentliyinə isitinadla xəbər verir ki, “Dünya Müsəlman Alimləri Birliyi” İstanbulda keçirdiyi beşinci toplantısında birliyin sabiq rəhbər Yüsif əl-Qərdavinin səlahiyyət müddətinin bitdiyini onun yerinə mərakeşli Əhməd ər-Risuninin rəhbər seçildiyini bəyan edib.

Həmçinin bu toplantıda qərar verilib ki, Mühyiddin Qaradaği birliyin baş katibi seçilsin.

Birliyin bu toplantısının yekun bəyanatında Səudiyyə Ərəbistanı, BƏƏ və Misirdə həbs edilən din alimlərinin azad edilməsi tələb edilib.

Yekun bəyanatda həmçinin İsraillə əlaqələrin normallaşdırılması rədd edilib və müsəlman dövlətləri və xalqları arasında ixtilafların kənara qoyulması tələb kimi irəli sürülüb.

Qeyd edək ki, “Dünya Müsəlman Alimləri Birliyi” 2004-cü ildə təsis edilib. İstanbulda keçirilən beşinci toplantıda 80 dövlətdən 1500 din alimi qatılıb. Sözügedən toplantı birliyin tarixində ən böyük toplantı hesab edilir.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031