Qüdslə bağlı 48 müsəlman dövləti bu gün İstanbulda bir araya gəlir
Mьəllif: admin1
Tarix: 13-12-2017, 14:33
Bцlmə: Xəbərlər
Qüdslə bağlı 48 müsəlman dövləti bu gün İstanbulda bir araya gəlir
Bu gün İstanbulda keçiriləcək Qüds zirvə toplantısına 16 dövlət başçısının qatılacağı deyilib.

İslaminSesi.info xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qüdslə bağlı İstanbulda keçirilən fövqəladə toplantıya 48 dövlətin rəsmi nümayəndəsi qatılacaq.

Artıq İran prezidenti, Qətər və Küveyt əmirləri, Fələstin muxtariyyətinin lideri, Azərbaycan Respublikasının prezidenti, Somali prezidenti və sairləri İstanbula çatıblar.

Qonaq qismində bu zirvə toplantısına Venezuela prezidenti Nikolas Moduro da qatılacaq.

Xatırladaq ki ABŞ prezidenti Donald Tramp ötən həftə qalmaqallı qərarı ilə Qüds şəhərini İsrailin paytaxtı elan etmişdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031