İstanbul toplantısında sürpriz qonaq
Mьəllif: admin1
Tarix: 13-12-2017, 21:24
Bцlmə: Xəbərlər
İstanbul toplantısında sürpriz qonaq
Xəbər verdiyimiz kimi, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, çox önəmli toplantı olmasına rəğmən ABŞ və İsrail faktorundan ehtiyat edən bir çox dövlətlər tədbirə ölkə rəhbərləri səviyyəsində qatılmayıb.

60-a yaxın üzvü olan təşkilatın yalnız 48-nin təmsil olunduğu sammitdə cəmi 14 üzv dövlət rəhbəri qismində iştirak edib.

Digər müsəlman dövlətlərinin nazirlər və ya parlament rəhbərləri səviyyəsində təmsil olunduğu toplantıya bir xristian ölkə prezidentinin gəlməsi isə əsl sürpriz olub. Belə ki, Venesuela prezidenti Nikolas Maduro Qüds sammitindən iştirak edib.

Xatırladaq ki, toplantıda Şərqi Qüds Fələstinin paytaxtı elan edilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930