Braziliyanın prezidenti Qüds məsələsilə bağlı qərarından geri çəkildi
Mьəllif: admin1
Tarix: 8-11-2018, 21:40
Bцlmə: Xəbərlər
Braziliyanın prezidenti Qüds məsələsilə bağlı qərarından geri çəkildi
Braziliyaın prezidenti Jair Bolsonaro xalqın etirazı nəticəsində Braziliyanın sionist İsrail rejimindəki səfirliyini Qüdsə köçürmək qərarından geri addım atmağa məcbur olub.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, noyabrın 7-si açıqlama verən Braziliya prezidenti hələlik Qüdslə bağlı qəti qərar vermədiklərini deyib.

Jair Bolsonaro keçən həftənin cümə günü ABŞ-ın prezidenti Trampın siyasətləri istiqamətində Braziliyanın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürüləcəyini bildirmişdi. Amma Braziliya xalqı və siyasi partiyaların reaksiyaları ilə bu qərarından geri addım atıb və hələlik qəti qərar vermədiyini söyləyib.

Bu arada, Fələstinin Ramallah şəhərində bir qrup fələstinli aksiya keçirərək, Braziliyanın prezidenti Jair Bolsonarodan ölkəsinin sionist İsrail rejimindəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətindən əl çəkməsini tələb edib.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31