Suriyanın baş müftisi: "Suriyanın düşmənləri ilə Fələstinin düşmənləri eynidir"
Mьəllif: admin1
Tarix: 20-12-2017, 13:55
Bцlmə: Xəbərlər
Suriyanın baş müftisi: "Suriyanın düşmənləri ilə Fələstinin düşmənləri eynidir"
Qüdslə həmrəylik məqsədilə Lazikiyədə keçirilən bir proqrama qatılan Suriyanın baş müftisi Şeyx Bədrəddin Hassun "Əl-Vətən" qəzetinə verdiyi müsahibəsində ərəblərin ABŞ prezidenti Donald Trampa Qüds mövzusundakı qərarından geri dönməsi üçün çağırış etməsinin mənasız olduğunu deyib.

Şeyx Əhməd Bədrəddin Hassun Suriyanın düşmənləriylə Fələstinin düşmənlərinin eyni olduğunu bildirərək, "Suriyanı parçalamaq istəyənlər necə məğlub edilibsə, Fələstini bölmək istəyənlər də elə məğlub ediləcək. Niyə Trampın qərarından imtina etməsini istəyirlər? Ərəblər haqlarını əldə etməyi özlərindən istəməlidir", - deyib.

Ərəb ölkələrinin hüquqlarını yalnız müqavimətlə əldə edə biləcəyini bildirən Şeyx Hassun, "Sionistlər 1980-ci illərdən 2010-a qədər Suriya və Müqaviməti yox etməyə çalışdılar. Lakin Suriyanın onların qarşısında dik durması və 7 illik müharibədən zəfərlə çıxması ortaya bir müqavimət xəttinin çıxmasını təmin etdi", - deyə vurğulayıb.

Suriyanın Fələstin məsələsindəki mövqeyinə görə cəzalandırıldığını qeyd edən Hassun, "Suriya 30 ildir bir mesaj verir, o mesaj da budur: Sionist düşmən yalnız müqavimətlə aradan qaldırıla bilər", - deyib.

Şeyx Əhməd Bədrəddin əl-Hassun İraqda və İranda daha əvvəl var olan İsrail səfirliklərinin Fələstin səfirliyinə keçirildiyini xatırladıb və İsraillə münasibətlərini normallaşdırmağa çalışan İslam ölkələrini tənqid edib.
Mənbə:/eastnews.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031