ABŞ-ın öz səfirliyini mayın 14-də Qüdsə köçürə bilər
Mьəllif: admin1
Tarix: 24-02-2018, 21:10
Bцlmə: Xəbərlər
ABŞ-ın öz səfirliyini mayın 14-də Qüdsə köçürə bilər
İsrail rejiminin kəşfiyyat naziri Katz, ABŞ-ın İsrail rejimindəki səfirliyini mayın 14-də Tel-Əvivdən Qüdsə köçürəcəyini deyib.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Katz, sosial şəbəkədən verdiyi açıqlamasında belə deyib: “ABŞ-ın prezidenti Donald Trampı, ölkəsinin İsrail rejimindəki səfirliyini, İsrail rejimininin qurulmasının 70-ci ildönümündə köçürməsi qərarına görə təbrik edirəm. Bundan daha böyük hədiyyə yoxdur”.

ABŞ qurumlarından isə, hələ ki məsələyə dair hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ-ın prezidenti Donald Tramp 2017-ci ilin dekabrın 6-sı Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıdığını bildirmişdi. Ancaq Trampın Qüds qərarını tənqid edən qətnamə layihəsi, keçən ilin dekabr ayında BMT Baş Assambleyasında ABŞ-ın təhdidlərinə baxmayaraq, 9-a qarşı 128 səslə qəbul edilmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930