Bədəndəki toksinləri atmaq üçün ən yaxşı vasitə
Mьəllif: admin1
Tarix: 10-10-2018, 21:48
Bədəndəki toksinləri atmaq üçün ən yaxşı vasitə
Qırmızı kələm vitamin, mineral və digər faydalı maddələrlə olduqca zəngindir

Qırmızı kələmin faydaları olduqca çoxdur. Bilindiyi kimi bənövşəyi rəngli qidaların faydalarını mütəxəssislər hər fürsətdə vurğulayır.

Bədəninizi bütün mənfi təsirlərdən təmizləyəcək və immuniteti qoruyacaq bir qida axtarırsınızsa, bu qırmızı kələmdir.

Maide.Az bildirir ki, qırmızı kələm vitamin, mineral və digər faydalı maddələrlə olduqca zəngindir.

- Çox aşağı kalorili olan bu qida kökəlməyi problem edənlərin seçdiyi qidadır.

- Lif baxımından zəngin olması da qırmızı kələm pəhrizdə olanlar üçün ideal bir qidadır.

- Elm adamlarının araşdırmalarına görə qırmızı kələmi çox istehlak edənlərin mədə, ağciyər, dəri və qalın bağırsaq xərçənginə tutulma ehtimalı, yeməyən kəslərə görə daha aşağıdır.

- Qırmızı kələmin bir faydası da toksinlərin bədəndən atılmasını sürətləndirməsidir.

- Bağırsaq mikroflorasını yaxşılaşdıran kələm bununla immun sistemini də gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. İmmun sistemini fəaliyyəti bağırsaqların sağlamlığı ilə sız bağlıdır.

- Damarları genişlədərək qan dövranını rahatlaşdırır. Bu sayədə insanı ürək və damar xəstəliklərdən qoruyur.

- Bəlğəmi təmizləyən xüsusiyyəti var. Qırmızı kələmin bir faydası da yumşaldıcı və həzm etdirici xüsusiyyətinin olmasıdır.

- Kələmin toxumu bağırsaq qurdunu təmizləyir.

- Antoaian maddələri ilə zəngin olduğundan damarların sağlamlığını qoruyur.
/deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930