Duzlu kələmin bilmədikləriniz faydaları
Mьəllif: admin1
Tarix: 18-01-2021, 20:42
Duzlu kələmin bilmədikləriniz faydaları
Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər.

Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır.

Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın daha yaxşı mənimsəniləməsinə kömə edir ki, duzlu kələmi ət xörəkləri ilə birlikdə yemək çox yaxşıdır.

Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.

Duzlu kələmin tərkibində olan liflər həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqları təmizləyir. Duzlu kələm təbii prebiotikdir.

Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Bu isə disbakteriozun müalicəsində kömək edir.

Qıcqırtma prosesi nəticəsində çoxlu miqdarda südturşulu bakteriyalar əmələ gəlir. Məhz bu bakteriyalar bağırsaqların xeyirli mikroflorasını təşkil edir.

Duzlu kələm bir çox mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikasıdır. Belə hesab olunur ki, duzlu kələm hətta bağırsaq xərçənginin qarşısını alır.

Lakin mədə və 12 barmaq bağırsağı xorası, kəskin qastrit, mədəaltı vəzi, böyrək xəstəlikləri, hipertoniya zamanı duzlu kələmi yemək olmaz.

Duzlu kələm arıqlamağa da kömək edir. Bunun səbəbi duzlu kələmin insanda tez bir zamanda toxluq hissi yaratmaqdır. Həmçinin duzlu kələmin tərkibində olan maddələr piylərin orqanizmdə daha tez parçalanmasını təmin edir.

Xalq təbabətində duzlu kələm və onun şirəsi müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Belə ki, duzlu kələmin suyu keçmişdə qurdqovucu, immuniteti möhkəmləndirən, iltihabəleyhinə vasitə kimi istifadə olunurdu.

Duzlu kələm və onun suyu xalq təbabətində kişilərdə potensiyanı artıran vasitə kimi tanınır.

Duzlu kələm qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Həkimlər həftədə 2-3 dəfə duzlu kələmdən hazırlanan salatları yeməyi tövsiyə edir. Belə salatlara göy-göyərti, istənilən tərəvəzlər və zeytun yağı əlavə olunur.

Duzlu kələm dedikdə biz ölkəmizdə "molokan kələmi" kimi tanınan kələmi nəzərdə tuturuq.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930