Yay davam edir. Nələri yeməyə üstünlük verək? - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 25-07-2016, 11:14
Yay davam edir. Nələri yeməyə üstünlük verək? - ARAŞDIRMA
Hər birimiz yaxşı bilirik ki, yediklərimizin sağlamlığımıza təsiri çoxdur. Ona görə də yeyəcəklərimizi vitaminlə zəngin edək və faydalı qidalar yeməyə çalışaq.
Allah biz bəndələrinin ixtiyarına çox sayda nemətlər qərar vermişdir. Bu nemətlərin içərisində bəziləri daha çox faydalı və daha çox vitaminlidir.

Pomidor- salatların zinətidir.
Pomidor dadlı və faydalı bir tərəvəzdir və yay fəslində salatlarımıza zinət verər və həm də yüngül tərəvəzdir. Mədədə ağırlıq etməz. Bundan başqa bu tərəvəzdə anti-oksidantlar vardır ki, xərçəng əleyhinədir. Eyni zamanda dərini qocalmağa qoymaz. Bunun üçün həftə ən azı iki dəfə pomidor yemək lazımdır.

Kələm.
Kələm ailəsi böyükdür. Brokoli, gül kələm, yarpaq kələm, qırmızı kələm... Kələm də xərçəng əleyhinə olan tərəvəzlərdəndir. Brokoli ürək əzələlərini yaxşılaşdırar və xolesterini azaldar. Tövsiyə edilir ki, həftədə ən azı beş dəfə kələm yeyilsin.

Qırmızı meyvələr.
Çiyələk, moruq, böyürtkən, gilas, şaftalı, qırmızı üzüm elə meyvələrdir ki, tərkibində C vitamini, polifenoller vardır. Bu meyvələrin hər birinin tərkibində anti-oksidant vardır. Bu meyvələr həm xərçəng xəstəliyini uzaqlaşdırar və həm də qocalığı təxirə salar.

Paxla bitkiləri.
Mərci, noxud, lobya - paxla bitkiləridir. Bu bitkilər insulinin səviyyəsini qaldırmadan enerji istehsal edər. Bundan başqa ürək xəstəliklərinə və dəriyə faydalıdır.

Soğan və sarımsaq.
Soğan və sarımsağı heç bir fəsildə unutmayın. Bu tərəvəz də xərçəng xəstəliyinin qarşısını alar və qandakı xolesterinin səviyyəsini aşağı salar.
İsti yay günlərində bu tərəvəzlərdən və meyvələrdən istifadə edin və vitamin deposunu doldurun.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930