Tehranın cümə xətibi Siddiqi: Raket əməliyyatı İranın gücü ilə bağlı mesaj idi
Mьəllif: admin1
Tarix: 6-10-2018, 23:02
Bцlmə: Xəbərlər
Tehranın cümə xətibi Siddiqi: Raket əməliyyatı İranın gücü ilə bağlı mesaj idi
Tehranın cümə xətibi Ayətullah Kazım Siddiqi terrorçulara qarşı son raket əməliyyatının İranın gücü ilə bağlı bölgəyə dair bir mesaj sayıldığını bildirib.

İslamazeri.com xəbər verir ki, Tehranda Cümə namazını qıldıran Ayətullah Siddiqi sipahilərin Suriyada radikal terrorçuların mövqelərinə qarşı həyata keçirdiyi raket və PUA-lı əməliyyata toxunaraq, bu əməliyyatın Əhvazda həyata keçirilən terror hücumuna verilən ilk cavab olduğunu bildirib.

Ayətullah Siddiqi terrorçuları qadın, kişi, gənc, qoca demədən günahsız insanlara hücum etdiyini, İranın izzət qazandıran raketləri ilə Suriyanın dərinliklərində və amerikalıların düz yanında qırxa qədər terrorçunu məhv etdiyini vurğulayıb.

Ayətullah bu əməliyyatın əslində İranın gücü ilə bağlı bölgəyə dair bir mesaj sayıldığını bildirib.

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930