Ayətullah Siddiqi: "Qərbdə qadın və kişinin dəyəri yoxdur"
Mьəllif: admin1
Tarix: 18-04-2014, 17:53
Bцlmə: Xəbərlər
Ayətullah Siddiqi: "Qərbdə qadın və kişinin dəyəri yoxdur"

İmam cümə Avropa parlamentinin absurd bəyanatına toxunaraq bildirib ki, bu müzakirələr onları çaşdırmamalıdır
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Tehranın cümə namazı xütbəsində Ayətullah Kazım Siddiqi hazırki həftənin proqramlarından olan Həzrət Zəhranın (s) mövluduna toxunub: “Həzrət Zəhranın (s.ə) bütün möminlərin qəlbindəki kəramət və şöhrəti keçmişdən gələcəyədəki İslamda bir xanımın əzəmətinin göstəricisidir. Allah qadınların varlığında elə bir imkan yaradıb ki, bəşər üçün təyin olunmuş ən yüksək mərtəbəyə çata bilərlər. Həzrət Əlinin (ə) təbirinə görə, onlar (Əhli beyt (ə)) nübüvvət və risalətin davamıdırlar. Həzrət Zəhra (s.ə) öz xütbələri, fədakarlığı və qəhramanlıqları ilə dini təbliğ etdi.”

Ayətullah Siddiqi həmçinin İmam Xomeyninin anadan olmasının il dönümü münasibəti ilə xatırladıb ki, "İmam Xomeyni risalət xüsusiyyətinə malik olan Vilayəti Fəqih nəzəriyyəsini canlandırmaqla Qərbin və Şərqin saxta hökumətlərini kölgədə qoydu. Ümid edirəm ki, İmam Xomeyninin (r) başladığı bu yol İmam Mehdinin (ə.f) zühurunun başlanması ilə nəticələnəcək."

İmam cümə sözlərində Qərbin qadına qarşı xəyanətdən başqa heç bir xidmət göstərmədiyini deyərək bildirib ki, "Qərbdə əslində qadın və kişinin heç birinin dəyəri yoxdur. Qərb dünyası bəşərin qiymətini heyvaniyyət dərəcəsinə endirdiyinə və hiyləgərliyi insanın yüksək dəyərlərinin yerinə qoyduğuna görə utanmalıdır. Bu dəyərlər həm əbədi aləmi, həm də insanın bu dünyasını pak saxlayır."

Ayətullah Siddiqi sülh xarakterli nüvə enerjisi məsələsinə də toxunub: "Ali Dini Lider atom enerjisi mütəxəssisləri və rəisi ilə görüşündə bəzi iradlarını açıqlayıb. Nüvə enerjisi bizim üçün müxtəlif sahələrdə önəmlidir və bir neçə cəhətdən - tibb, təsərrüfat və digər cəhətlərdən xalqın ehtiyacını ödəyir. Bu məsələ İslami və mədəni qazancdır."

Sonda xətib Avropa Parlamentinin absurd bəyanatına da toxunaraq bildirib ki, "onlar bir neçə illik təcrübədən sonra elə bilirlər ki, yeni vəziyyət yaranıb və bu müzakirə onları çaşdırıb. Düşünürlər ki, bizim dinimizə və mədəniyyətimizə müdaxilə edə bilərlər. Onlar özləri insan haqlarını pozurlar. İran xalqı nüvə məsələsi və İslam mədəniyyəti barəsində Avropa Birliyi, müstəmləkəçilər və ABŞ-a cavab verəcək."
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930