Ayətullah Xamenei: Məsul şəxslər gecə də, gündüz də problemləri həll etməyə çalışmalıdır
Mьəllif: admin1
Tarix: 30-08-2018, 22:23
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Məsul şəxslər gecə də, gündüz də problemləri həll etməyə çalışmalıdır
İslam İnqilabı Lideri Ayətullah Xamenei Prezident Ruhani və hökumət üzvlərini qəbulunda, iqtisadiyyatdan məsul rəsmilərin xalqın problemlərini həll etmək üçün gecə də, gündüz də çalışmaları lazım olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, Ali Lider həmçinin beynəlxalq araşdırma mərkəzlərinin hesabatlarına istinad edərək İranın istifadə olunmamış imkanların bolluğu baxımından dünyada birinci sırada yer aldığını ifadə edib.

Ayətullah Xamenei beynəlxalq mərkəzlərin məlumatlarına görə, İranın hazırda ümumi daxili məhsul indeksi baxımından 200-dən çox ölkə arasında 18-ci sırada yer aldığını, əgər daxili potensiallardan daha da yaxşı və daha çox istifadə edəcək olunsa, beynəlxalq reytinqlərdə daha yüksək səviyyələrə çatmağın mümkün olduğunu vurğulayıb.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930